Dövlət İmtahan Mərkəzi

DİM audit, IT və layihələrin idarə edilməsi üzrə beynəlxalq imtahanları keçirib

11 Oktyabr 2020 23:18

Dövlət İmtahan Mərkəzində  (DİM) 5-9 oktyabr tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan eyni zamanda audit, IT və layihələrin idarə edilməsi sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:

  • Institute of Internal Auditors təşkilatının “Certification in Risk Management Assurance” (IIA--CRMA) sertifikat imtahanı;
  • Oracle Certification Program təşkilatının “Oracle Database 11g: Program with PL/SQL” (1Z0-144) sertifikat imtahanı;
  • PMI - Project Management Institute təşkilatının “Project Management Professional (PMP)®” sertifikat imtahanı.

Hər imtahanda 1 nəfər olmaqla, ümumilikdə 3 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

DİM-də verə biləcəyiniz müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

İmtahanın adı

Gün

Saat

“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan

Hər həftənin I, III, V günləri

Səhər növbəsi: 08:30–13:30

Günorta növbəsi: 14:00-18:00

“Pearson Test of English Academic” (PTE Academic)

Hər həftənin II günləri

Günorta növbəsi: 15:00-18:00

İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.