Dövlət İmtahan Mərkəzi

DİM avqustun 26-da “Make Your Application Stand out with the GRE® General Test” adlı məlumat sessiyası keçirib

26 Avqust 2022 05:29

Sessiyanın spikeri ETS Global təşkilatının nümayəndəsi Maria Kirilova sessiya ərzində “GRE® Ümumi test”inin məzmunu, qeydiyyat və imtahan mərkəzləri, hazırlaşmağa kömək edən vasitələr və ödənişsiz hazırlıq materialları mövzularında iştirakçıları məlumatlandırıb. Sessiya iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Xatırladaq ki, GRE® (Graduate Record Examinations) imtahanı dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsili almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir.

2022-ci ilin sonunadək DİM-də keçiriləcək GRE® imtahan tarixləri barədə məlumatı keçiddən istifadə edərək əldə edə bilərsiniz.

DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı isə bu keçid vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür.