Dövlət İmtahan Mərkəzi

DİM bu həftə audit və marketinq sahələri üzrə beynəlxalq imtahanlar keçirib (həftəlik hesabat)

21 Sentyabr 2020 05:11

Dövlət İmtahan Mərkəzində  (DİM) 14-18 sentyabr tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan eyni zamanda audit və marketinq sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:

-        Institute of Internal Auditors təşkilatının “CIA Exam Part Two: Practice of Internal Auditing” (IIA--CIA--Part2) sertifikat imtahanı;

-        Digital Marketing Institute təşkilatının “Certified Digital Marketing Professional (CDMP8.0)” sertifikat imtahanı.

İmtahanlarda ümumilikdə 3 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

DİM-də verə biləcəyiniz müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

İmtahanın adı

Gün

Saat

“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan

Hər həftənin I, III, V günləri

Səhər növbəsi: 08:30–13:30

Günorta növbəsi: 14:00-18:00

“Pearson Test of English Academic” (PTE Academic)

Hər həftənin II günləri

Günorta növbəsi: 15:00-18:00

İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.