Dövlət İmtahan Mərkəzi

DİM-də 21-22 noyabr 2022-ci il tarixlərində Azərbaycan dili, ingilis dili, fransız dili və kimya fənləri üzrə işçi qruplarının iclasları keçirilib

22 Noyabr 2022 03:17

Gündəlik məsələ Azərbaycan dili və kimya fənlərindən ali təhsil müəssisələrinə qəbul imtahanı, ingilis dili və fransız dili fənlərindən isə ümumi (9 illik)  orta təhsil təhsil səviyyəsi üzrə buraxılış imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.

Müzakirəyə təqdim edilmiş hər bir tapşırıq mövzu, qabiliyyət göstəricisi və mürəkkəblik dərəcəsinə görə təhlil edilib. Müvafiq fənn kurikulumunun məzmun standartlarının tələblərinə və təlim nəticələrinə uyğun tapşırıqlar imtahan modeli üçün qəbul olunub.

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.