Dövlət İmtahan Mərkəzi

DİM-də beynəlxalq imtahanlar keçirilib (həftəlik hesabat)

20 Dekabr 2020 22:42

Dövlət İmtahan Mərkəzində  14-18 dekabr 2020-ci il tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan və İT və layihələrin idarə edilməsi sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:

Təşkilat

İmtahan

Oracle Certification Program

Oracle Database SQL (1Z0-071)

PMI - Project Management Institute    

Project Management Professional (PMP)®

 

Ümumilikdə imtahanlarda 4 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyena qaydalarına riayət olunub.

DİM-də keçirilən müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı:

  • “Pearson VUE”-nun 100-dən çox professional imtahanı - hər həftənin I, III, V günləri (səhər növbəsi: 08:30–13:30, günorta növbəsi: 14:00-17:00)
  • “Pearson Test of English Academic” (PTE Academic) - hər həftənin II günləri (günorta növbəsi: 14:00-17:00)

İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatı verilmiş keçiddən əldə etmək mümkündür.