Dövlət İmtahan Mərkəzi

DİM-də beynəlxalq professional imtahanlar keçirilib (həftəlik hesabat)

27 Noyabr 2020 05:01

Dövlət İmtahan Mərkəzində  23-27 noyabr 2020-ci il tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan və IT və rəqəmsal marketinq sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:

Təşkilat

İmtahan

Cisco Systems, Inc.

Implementing Cisco Enterprise Advanced Routing and Services (300-410)

Oracle Certification Program

Oracle Database SQL (1Z0-071)

Microsoft

Securing Windows Server 2016 (744)

Digital Marketing Institute

Certified Digital Marketing Professional (CDMP8.0)

 

Ümumilikdə imtahanlarda 5 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

DİM-də keçirilən müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı:

  • “Pearson VUE”-nun 100-dən çox professional imtahanı - hər həftənin I, III, V günləri (səhər növbəsi: 08:30–13:30, günorta növbəsi: 14:00-17:00)
  • “Pearson Test of English Academic” (PTE Academic) - hər həftənin II günləri (günorta növbəsi: 14:00-17:00)

İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatı verilmiş keçiddən əldə etmək mümkündür.