Dövlət İmtahan Mərkəzi

DİM-də beynəlxalq professional imtahanlar keçirilib (həftəlik hesabat)

6 Dekabr 2020 20:59

Dövlət İmtahan Mərkəzində  30 noyabr-4 dekabr 2020-ci il tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan və audit və rəqəmsal marketinq sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:

Təşkilat

İmtahan

Institute of Internal Auditors

Qualified Accountant CIA Challenge Exam (IIA--CHAL—ACCTG)        

Digital Marketing Institute

Certified Digital Marketing Professional (CDMP8.0)

 

Hər imtahanda 1 nəfər olmaqla, ümumilikdə 2 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

DİM-də keçirilən müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı:

  • “Pearson VUE”-nun 100-dən çox professional imtahan - hər həftənin I, III, V günləri (səhər növbəsi: 08:30–13:30, günorta növbəsi: 14:00-17:00)
  • “Pearson Test of English Academic” (PTE Academic) - hər həftənin II günləri (günorta növbəsi: 14:00-17:00)

İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatı verilmiş keçiddən əldə etmək mümkündür.