Dövlət İmtahan Mərkəzi

DİM-də bu həftə Pearson VUE-nun beynəlxalq imtahanları keçirilib (həftəlik hesabat)

28 Sentyabr 2020 01:55

Dövlət İmtahan Mərkəzində  (DİM) 21-25 sentyabr tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan eyni zamanda IT, marketinq və akademik ingilis dili sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:

· Oracle  təşkilatının “Java SE 8 Programmer I” (1Z0-808) və “Oracle Database SQL” (1Z0-071) sertifikat imtahanları;

· Digital Marketing Institute təşkilatının “Certified Digital Marketing Professional (CDMP8.0)” sertifikat imtahanı;

· Pearson VUE təşkilatının “Pearson Test of English Academic (PTE Academic) imtahanı.

İmtahanlarda ümumilikdə 6 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

DİM-də verə biləcəyiniz müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

İmtahanın adı

Gün

Saat

“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan

Hər həftənin I, III, V günləri

Səhər növbəsi: 08:30–13:30

Günorta növbəsi: 14:00-18:00

“Pearson Test of English Academic” (PTE Academic)

Hər həftənin II günləri

Günorta növbəsi: 15:00-18:00

İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.