Dövlət İmtahan Mərkəzi

DİM-də bu həftə Pearson VUE-nun beynəlxalq imtahanları keçirilib (həftəlik hesabat)

5 Oktyabr 2020 02:42

Dövlət İmtahan Mərkəzində  28 sentyabr – 2 oktyabr tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan IT, audit, akademik ingilis dili və tibb sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:

  • Royal College of Obstetricians and Gynaecologists təşkilatının “MRCOG Part 1” sertifikat imtahanı;
  • Cisco Systems, Inc. təşkilatının “Cisco Certified Network Associate” (200-301) sertifikat imtahanı;
  • Institute of Internal Auditors təşkilatının “CIA Exam Part One: Essentials of Internal Auditing” (IIA--CIA--Part1) sertifikat imtahanı;
  • Pearson VUE təşkilatının “Pearson Test of English Academic (PTE Academic) imtahahanı. 

Hər imtahanda 1 nəfər olmaqla, ümumilikdə 4 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

DİM-də verə biləcəyiniz müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

İmtahanın adı

Gün

Saat

“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan

Hər həftənin I, III, V günləri

Səhər növbəsi: 08:30–13:30

Günorta növbəsi: 14:00-18:00

“Pearson Test of English Academic” (PTE Academic)

Hər həftənin II günləri

Günorta növbəsi: 15:00-18:00

İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.