Dövlət İmtahan Mərkəzi

DİM-də ibtidai sinif (1-4-cü siniflər) səviyyəsi üzrə Azərbaycan dili və riyaziyyat fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqları kitabçalarının hazırlanması ilə bağlı müzakirə keçirilib

18 Mart 2019 05:42

Müzakirədə Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin müəllimi Saməddin İbrahimov, Bakı şəhəri 82 nömrəli tam orta məktəbin müəllimi Aybəniz İbrahimova, Abşeron rayonu Saray qəsəbə, 2 nömrəli tam orta məktəbin müəllimi Esmira Hacıyeva və Abşeron rayonu Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Gözəl Abbasova iştirak ediblər.

Müzakirə nəticəsində qiymətləndirmə kitabçalarının strukturu və məzmunu müəyyən edildi, müəllif qrupları müəyyənləşdirildi. Növbəti müzakirə 27 mart 2019-cu il tarixində keçiriləcək.