Dövlət İmtahan Mərkəzi

DİM-də keçirilən TOEFL imtahanı üçün endirim imkanı!

10 Oktyabr 2025 15:55

TOEFL imtahanına qeydiyyat zamanı Dövlət İmtahan Mərkəzini seçən şəxslər 20 ABŞ dolları məbləğində endirimdən yararlana bilərlər. Endirimi əldə etmək üçün qeydiyyat zamanı BOOSTTOEFL25 endirim kodunu daxil etmək kifayətdir.

Hər bir iştirakçı bu endirimdən iki dəfə yararlana bilər.

2025-ci ilin sonuna kimi keçiriləcək TOEFL imtahanının tarixlərini təqdim edirik:

15 oktyabr         1 noyabr             3 dekabr

25 oktyabr         12 noyabr           13 dekabr

29 oktyabr         19 noyabr           17 dekabr

TOEFL imtahanına qeydiyyat və s. qaydalar haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/toefl-ibt