Dövlət İmtahan Mərkəzi

DİM-də müxtəlif peşə sahələri üzrə keçirilən beynəlxalq imtahanlara dair həftəlik hesabat

31 Yanvar 2021 20:48

25-29 yanvar 2021-ci il tarixlərində DİM-in Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında aşağıdakı ixtisaslaşma sahələri üzrə beynəlxalq imtahanlar təşkil edilib: 

Təşkilat

İmtahanın adı

ACCA

Financial Accounting (FA)

Pearson VUE

Fortinet

Fortinet NSE 6 - FortiWeb 6.1

PMI - Project Management Institute

PMI Agile Certified Practitioner (PMI-ACP)®

Institute of Internal Auditors            

CIA Exam Part Two: Practice of Internal Auditing             


Bu həftə keçirilən beynəlxalq imtahanlarda ümumilikdə 4 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

Qeyd edək ki, ACCA və Pearson VUE-nun imtahanları (PTE Academic və ixtisaslaşma imtahanları) DİM-də hər həftə keçirilir.

İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatı əldə etmək üçün aşağıdakı keçidlərə müraciət etmək mümkündür: