Dövlət İmtahan Mərkəzi

DİM-də Pearson VUE-nun beynəlxalq imtahanları keçirilib (həftəlik hesabat)

13 Noyabr 2020 02:35

Dövlət İmtahan Mərkəzində  9-13 noyabr 2020-ci il tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan və audit və IT sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:

  • Institute of Internal Auditors təşkilatının “CIA Exam Part One: Essentials of Internal Auditing” (IIA--CIA--Part1) sertifikat imtahanı;

  • Oracle təşkilatının “Oracle Database SQL” (1Z0-071) sertifikat imtahanı;

  • Microsoft şirkətinin “Microsoft Azure Administrator” (AZ-104) sertifikat imtahanı.

Hər imtahanda 1 nəfər olmaqla, ümumilikdə 3 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

DİM-də keçirilən müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış olmaq mümkündür:

İmtahanın adı

Gün

Saat

“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan

Hər həftənin I, III, V günləri

Səhər növbəsi: 08:30–13:30

Günorta növbəsi: 14:00-18:00

“Pearson Test of English Academic” (PTE Academic)

Hər həftənin II günləri

Günorta növbəsi: 15:00-18:00

İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatı verilmiş keçiddən əldə etmək mümkündür.