Dövlət İmtahan Mərkəzi

DİM-də Pearson VUE-nun imtahanları keçirilib (həftəlik hesabat)

27 Dekabr 2020 12:11

Dövlət İmtahan Mərkəzində  21-25 dekabr 2020-ci il tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan və daxili audit, layihələrin idarə edilməsi, hüquq və IT sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:

Təşkilat

İmtahan

Institute of Internal Auditors

CIA Exam Part One: Essentials of Internal Auditing (IIA--CIA--Part1)

PMI - Project Management Institute    

Project Management Professional (PMP)®

LNAT

National Admissions Test for Law (2020-1-001)

Oracle Certification Program

Java SE 8 Programmer I (1Z0-808)

İmtahanlarda ümumilikdə 9 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

DİM-də keçirilən müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı:

  • “Pearson VUE”-nun 100-dən çox professional imtahanı - hər həftənin I, III, V günləri (səhər növbəsi: 08:30–13:30, günorta növbəsi: 14:00-17:00)
  • “Pearson Test of English Academic” (PTE Academic) - hər həftənin II günləri (günorta növbəsi: 14:00-17:00)

İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumatı verilmiş keçiddən əldə etmək mümkündür.