Dövlət İmtahan Mərkəzi

DİM-də PMI-ACP® və CIA imtahanları keçirilib (həftəlik hesabat)

15 Sentyabr 2020 21:53

Dövlət İmtahan Mərkəzində  7-11 sentyabr 2020-ci il tarixlərində Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan, eyni zamanda layihələrin idarə edilməsi və audit sahələrinə aid olan aşağıdakı beynəlxalq imtahanlar təşkil olunub:

-  Institute of Internal Auditors təşkilatının “CIA Exam Part One: Essentials of Internal Auditing” (IIA--CIA—Part1) sertifikat imtahanı;

-  PMI - Project Management Institute təşkilatının “PMI Agile Certified Practitioner (PMI-ACP) ® sertifikat imtahanı.       

Hər imtahanda bir nəfər olmaqla ümumilikdə 2 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

DİM-də təklif olunan müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı aşağıdakı cədvəldə təqdim olunur:

İmtahanın adı

Gün

Saat

“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan

Hər həftənin I, III, V günləri

Səhər növbəsi: 08:30–13:30

Günorta növbəsi: 14:00-18:00

“Pearson Test of English Academic” (PTE Academic)

Hər həftənin II günləri

Günorta növbəsi: 14:00-18:00

İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumat burada yerləşdirilib.