Dövlət İmtahan Mərkəzi

DİM İmtahanların təşkili və idarəedilməsi departamentində baş məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir

9 Mart 2023 21:20

Struktur bölmənin adı: İmtahanların təşkili və idarəedilməsi departamentinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsi.

Vəzifənin adı: baş məsləhətçi.

Təhsilə dair tələb:   ali təhsil.

İş təcrübəsinə dair tələb:  vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 il iş stajı.

Qulluq funksiyaları:

  • imtahanların keçirilməsi ilə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi;

  • regional bölmələrlə işin təşkil edilməsi;

  • təli­matların, yaddaş kitabçalarının və s. metodik və­saitlərin layihələrinin hazırlanması;

  • imtahanın keçi­rilməsində iştirak edəcək şəxslərlə işin aparılması (onların seçilməsi, müqavilələrin bağlanması, prosesə cəlb edilməsi və təlimlərin təş­kili və keçirilməsi);

  • imtahanın keçirilmə­sində iştirak edəcək şəxslər haqqında məlumat bazasının yara­dılması, anketləşdirilməsi, zənginləşdirilməsi və istifadəsi;

  • imtahanın keçirilməsində iştirak edəcək şəxslərin sertifikasiyasının aparılmasına dair zəruri normativ sənədlərin hazırlanması və prosesin təşkili;

  • əlaqələndiricilərlə işin təşkili;

  • imtahan materiallarının təhvil-təsliminin həyata keçirilməsi;

  • imtahan protokollarının araşdırılması və imtahanda baş verən hallarla bağlı yekun arayışın hazırlanması;

  • sağlamlıq imkanları məhdud iştirakçıların fərdi nəzarətçiləri ilə işin aparılması;

  • səlahiy­yətləri çərçivəsində daxil olan ərizə, təklif və şika­yətlərin araşdırılması və  cavablandırıl­masının təmin edilməsi;

  • Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);

  • rəhbərlik, departament müdiri və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.

Xarici dil biliklərinə dair tələblər: ingilis dili – B2, rus dili – B2.

Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (yüksək səviyyədə).

Xüsusi tələblər: Dövlət qulluğuna dair sertifikatı olan namizədlərə üstünlük veriləcək.

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsində baş məsləhətçi” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 10 mart 2023-cü il tarixindən 25 mart 2023-cü il tarixinədək göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.