Dövlət İmtahan Mərkəzi

DİM-in Bərdə Regional Bölməsinin əməkdaşları Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd məktəbində müəllim və şagirdlərlə görüşüb

18 Mart 2019 23:47

2019-cu il martın 14-də Dövlət İmtahan Mərkəzinin əməkdaşları  Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd məktəbinin şagird və müəllimləri ilə görüş keçirib.

Görüşdə ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının yeni qaydaları və sənəd qəbulu ilə bağlı şagirdləri və müəllimləri maraqlandıran suallar DİM-in əməkdaşaları tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Bundan əlavə,  DİM-in yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış  sinif testləri və test topluları Cocuq Mərcanlı kənd tam orta məktəbinin kitabxanasına hədiyyə edilib.