Dövlət İmtahan Mərkəzi

DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsində məsləhətçi vəzifəsi üzrə vakansiyalar elan edilib

11 İyul 2024 14:25

Hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.

Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə 25 iyul 2024-cü il tarixinədək hr@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.