Dövlət İmtahan Mərkəzi
DİM-in əməkdaşları “İrəli” İctimai Birliyi tərəfindən keçirilən 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə çıxış ediblər
3 Fevral 2023 02:57
1 fevral 2023-cü il tarixində keçirilən 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə Mərkəzin Psixoloji iş və maarifləndirmə sektorunun əməkdaşları Sevinc Məmmədova və Gülü Həsənova iştirak ediblər. Tədbirdə Bakı Modern Təhsil Kompleksinin 140 şagirdi iştirak edib.
Əməkdaşlar “Peşə seçiminin psixoloji məqamları” mövzusunda panel müzakirə formatında qonaq qismində çıxış ediblər. Çıxış zamanı peşə seçiminə təsir göstərən faktorlar, şəxsi peşəkar plan, peşələrin təsviri haqqında məlumat verilib, həmçinin interaktiv formada iştirakçılar ilə situativ hallar müzakirə olunub.
