Dövlət İmtahan Mərkəzi

DİM-in əməkdaşları “Qlobal Təhsil məkanında transmilli əməkdaşlıq” mövzusunda VI Mərkəzi Asiya Beynəlxalq Forumunda iştirak ediblər

10 Oktyabr 2022 05:29

6-7 oktyabr 2022-ci il tarixlərində Qazaxıstanın  Almatı şəhərində Akreditasiya və Reytinq üzrə Müstəqil Agentliyin (IAAR) təşkilatçılığı ilə “Qlobal təhsil məkanında transmilli əməkdaşlıq” mövzusunda VI Mərkəzi Asiya Beynəlxalq Forumu keçirilib.

Forumda DİM-in Direktorlar Şurası sədrinin müavini Namiq Babayev və Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev iştirak ediblər. DİM-in Direktorlar Şurası sədrinin müavini Namiq Babayev Forumun açılışındakı plenar iclasda çıxış edərək DİM-in fəaliyyət istiqamətləri, beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər və tərəfdaşları, DİM tərəfindən keçirilən beynəlxalq imtahanlar və tələbələrin mobilliyinə verilən töhfələr haqqında iştirakçılara məlumat verib. Bundan əlavə, DİM-in əməkdaşları sessiyalarda və dəyirmi masada keçirilən müzakirələrdə də iştirak ediblər.

Forumun gedişində DİM ilə IAAR arasında əməkdaşlıq haqqında memorandum da imzalanıb.