Dövlət İmtahan Mərkəzi

DİM-in İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin Elektron kommunikasiya sektorunda məsləhətçi – Çağrı mərkəzində qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib

7 Avqust 2023 00:24

Struktur bölmənin adı: İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamenti, Mətbuatla iş və elektron kommunikasiya şöbəsi, Elektron kommunikasiya sektoru

Vəzifənin adı: məsləhətçi - Çağrı mərkəzində qrup rəhbəri

Təhsilə dair tələb:  ali təhsil

İş təcrübəsinə dair tələb: 7 il (rəhbər vəzifədə iş təcrübəsi olanlara üstünlük verilir)

 Qulluq funksiyaları:

-  Çağrı mərkəzinə daxil olan sualların (sorğuların) birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılması,

-   məlumatlandırma xidmətinin göstərilməsi,

-   məlumatların (şikayətlərin, təkliflərin) qəbulu və yönəldilməsi,

-   Çağrı mərkəzinin fəaliyyəti ilə bağlı hesabatların hazırlanması, onların əsasında Çağrı mərkəzi əməkdaşlarının göstərdikləri xidmətin dövrü qiymətləndirilməsinin həyata keçirilməsi,

-   daxil olan sualların (sorğuların, məlumatların, təkliflərin) təhlili əsasında vətəndaşlara göstərilən məlumatlandırma xidmətinin (o cümlədən səsli bot xidmətinin) təkmilləşdirilməsi.

Xarici dil biliklərinə dair tələblər: rus dili – A2

Kompüter bacarıqlarına dair tələblər: MS Office proqramlarında işləmə bacarığı 

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər müraciət formasını mövzu bölməsində “məsləhətçi - çağrı mərkəzində qrup rəhbəri” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 14 avqust 2023-cü il tarixinədək göndərə bilərlər.