Dövlət İmtahan Mərkəzi
DİM-in İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov vətəndaş qəbulu həyata keçirib
30 Yanvar 2026 17:07
30 yanvar 2026-cı il tarixində DİM-in İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov vətəndaş qəbulu həyata keçirib.
Görüşdə vətəndaşın DİM tərəfindən keçirilmiş peşəkar mühasib sertifikatı imtahanında əldə etdiyi nəticənin araşdırılması ilə bağlı müraciətinə baxılıb.
Vətəndaşa müraciəti ilə bağlı qanunvericiliyin tələblərinə uyğun ətraflı izahat verilib.
