Dövlət İmtahan Mərkəzi

DİM-in İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov vətəndaş qəbulu həyata keçirib

23 Fevral 2026 15:00

23 fevral 2026-cı il tarixində DİM-in İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov vətəndaş qəbulu həyata keçirib.

Görüşdə ehtiyat kadrlar siyahısından analoji vakant vəzifəyə təyin edilməsinə köməklik göstərilməsi ilə bağlı 6 vətəndaşın müraciətinə baxılıb. 

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, habelə qeyd olunan məsələnin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün Mərkəzin aidiyyəti struktur bölməsinə müvafiq tapşırıq verilib.