Dövlət İmtahan Mərkəzi

DİM-in İmtahanların təşkili və idarəedilməsi departamentində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib

14 Avqust 2023 22:32

Struktur bölmə: İmtahanların təşkili və idarəedilməsi departamenti

Struktur vahid: Təşkilati-metodiki təminat, təlimlər və regionlarla iş şöbəsi

Vəzifənin adı: məsləhətçi

Qulluq funksiyaları:       

1. imtahanların keçirilməsi ilə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi;

2. imtahanların keçirilməsində iştirak edəcək şəxslərlə işin aparılması (onların seçilməsi, müqavilələrin bağlanılması, prosesə cəlb edilməsi və təlimlərin keçirilməsi);

3. imtahanların keçirilməsində iştirak edəcək şəxslər haqqında məlumat bazasının yaradılması, anketləşdirilməsi, zənginləşdirilməsi və istifadəsinə dair tapşırıqların yerinə yetirilməsi;

4. əlaqələndiricilərlə işin təşkili;

5. imtahanın keçirilməsində iştirak edəcək şəxslərin sertifikasiyasının aparılmasına dair tapşırıqların yerinə yetirilməsi;

6. imtahan protokollarının araşdırılması və imtahanda baş verən hallarla bağlı yekun arayışın hazırlanmasında iştirak edilməsi;

7. səlahiyyətləri çərçivəsində şöbəyə daxil olan elektron müraciətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi;

8. Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);

9. rəhbərlik, departament müdiri və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.

Vəzifənin tutulma şərtləri:

Təhsilə dair tələblər:  ali təhsil

İş stajına dair tələbi:  tələb müəyyən edilmir

Kompüter biliklərinə dair tələblər:  MS Windows, MS Office, İnternet (yüksək səviyyədə)

Xarici dil biliklərinə dair tələblər:  Rus dili – B2; İngilis dili – B2

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz müraciət formasını mövzu bölməsində “Təşkilati-metodiki təminat, təlimlər və regionlarla iş şöbəsində məsləhətçi” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 31 avqust 2023-cü il tarixinədək göndərə bilərlər.