Dövlət İmtahan Mərkəzi

DİM-in İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunda böyük məsləhətçi və məsləhətçi vəzifələri üzrə vakansiyalar elan edilib

27 Sentyabr 2024 09:29

Hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.

Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə 8 oktyabr 2024-cü il tarixinədək hr@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.

DİM-də hazırda mövcud olan digər vakant yerlər də saytın “Vakansiya” bölməsində yerləşdirilib.