Dövlət İmtahan Mərkəzi

DİM-in mütəxəssisləri tərəfindən “İmtahan stresi” mövzusunda vebinarlar keçiriləcək

28 Fevral 2023 21:03

Dövlət İmtahan Mərkəzinin e-psixoloq.az saytının mütəxəssisləri tərəfindən abituriyentlər üçün “İmtahan stresi” mövzusunda iki eyni məzmunlu vebinarın keçirilməsi nəzərdə tutulub.

Vebinarlarda stresinin təyini, növləri, stresə səbəb olan faktorlar və imtahan stresi ilə mübarizə yolları haqqında danışılacaq. Bu görüşlər abituriyentlər üçün nəzərdə tutulub.

Vebinarlar 3 və 10 mart saat 17:00-da “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək.

Hər iki tarixdə keçiriləcək vebinarın məzmunu eynidir. Seminarların hər hansı birində iştirak yetərlidir.

Vebinarlara qeydiyyat üçün keçid:

https://e-psixoloq.az/#banner

Görüşlərin “Zoom” linki müvafiq olaraq 3 və 10 martda qeydiyyatdan keçmiş şəxslərin elektron poçtuna göndəriləcək.