Dövlət İmtahan Mərkəzi

DİM-in müxtəlif nəşrlərinin regionda yerləşən məkəblərə hədiyyə edilməsi davam edir

9 Aprel 2019 22:20

Dövlət İmtahan Mərkəzi Şirvan Regional Bölməsinin əməkdaşları tərəfindən Mərkəzin hədiyyə etdiyi Azərbaycan bölməsi üçün 35 adda 610 ədəd test vəsaiti Hacıqabul və Sabirabad rayonlarında məskunlaşan Cəbrayıl rayonu 7,11, 12 və Füzuli rayonunun 31 və 32 nömrəli məcburi köçkün məktəblərində təhsil alan şagirdlərə verilib. 

Bundan əlavə, regionun digər rayonları İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala və Hacıqabulun ucqar kənd məktəblərinə də hər iki bölmə üzrə 58 adda 1805 ədəd kitab və ümumilikdə 370 ədəd “Abituriyent” jurnalının xüsusi buraxılışı hədiyyə edilib