Dövlət İmtahan Mərkəzi

DİM-in Təchizat və təsərrüfat şöbəsində sürücü vəzifəsi üzrə vakansiya elan edilib

13 Avqust 2023 22:24

Struktur bölmənin adı: Təchizat və təsərrüfat şöbəsi

Vəzifənin adı: sürücü

Xüsusi tələblər:  B, C, D kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi

İş təcrübəsinə dair tələb:  2 (iki) il

Qulluq funksiyaları:

  • etibar edilmiş avtomobilin təmiz saxlanılması və hər hansı səbəb üzündən ona ziyan vurulmaması;

  • avtomobilin vaxtında yanacaq, sürtkü və motor yağları ilə təchiz edilməsi, işlək və saz vəziyyətdə saxlanılması, zərurət yarandığı hallarda cari və əsaslı təmiri üçün Mərkəzin aidiyyəti şöbəsinə müraciət edilməsi;

  • avtomobilin qanunvericiliklə müəyyən edilmiş müddətlərdə texniki baxışdan keçirilməsinin və icbari dövlət sığortasının təmin edilməsi;

  • avtomobili idarə edərkən, dayanacaqlardan və duracaq yerlərindən istifadə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun və digər müvafiq qanunvericilik aktlarının tələblərinə, o cümlədən yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət edilməsi;

  •  hər iş günü başa çatdıqdan sonra avtomobilin müəyyən edilmiş yerdə saxlanılması və onun təhlükəsizliyi ilə bağlı tədbirlərin görülməsinin təmin edilməsi;

  • rəhbərlik, şöbə müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər öz müraciət formasını mövzu bölməsində “Sürücü” qeyd olunmaqla hr@dim.gov.az elektron poçt ünvanına 31 avqust 2023-cü il tarixinədək göndərə bilərlər.