Dövlət İmtahan Mərkəzi

DİM məntiqi təfəkkürün yoxlanılması üzrə imtahan materiallarının hazırlanmasında ekspert kimi iştirak etmək istəyən şəxsləri əməkdaşlığa dəvət edir

2 İyul 2025 15:34

Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda istifadə olunan məntiqi təfəkkürün yoxlanılması üzrə yoxlama-ölçmə materiallarının hazırlanmasında (tərtibi, ekspertizası, tədris aparılan digər dillərə tərcüməsi və s.) ekspert kimi iştirak etmək istəyən şəxslər 1 avqust 2025-ci il tarixinədək öz müraciət formalarını (CV-lərini) r.asadov@dim.gov.az elektron poçtuna göndərə bilərlər.

Uyğun namizədlərlə müsahibə keçiriləcək və xidməti müavilə bağlanılmaqla müvafiq işlərə cəlb olunacaqlar.