Dövlət İmtahan Mərkəzi

DİM “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib

7 Fevral 2019 03:55

Bu nömrədə Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları, rezidentura üzrə ixtisas seşimi cədvəli, baza fənləri üzrə qəbul proqramları, qəbul imtahanında istifadə olunmuş bəzi test tapşırıqlaının izahı və tövsiyələr, test tapşırığı nümunələri, elmi-metodik məqalələr və s.  məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalları DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

  • Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
  • Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.