Dövlət İmtahan Mərkəzi

DİM Tibbi avadanlıqların və materialların satın alınması məqsədilə kotirovka sorğusu elan edir

29 May 2024 11:55

Müsabiqənin başlama tarixi:30.05.2024 9:00

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 20.06.2024 12:00

Təkliflərin açılış tarixi və vaxtı:20.06.2024 12:00

İcra ünvanı:Bakı şəhəri, Nəsimi rayonu, ak. H.Əliyev küçəsi 299

İcra müddəti:20 iş günü ərzində

  • Elektron satınalma zamanı etender.gov.az - dövlət satınalmalarının vahid internet portalı (bundan sonra - Portal) bütün təchizatçılara təkliflərin təqdim olunması üçün bərabər şərait yaradır.
  •  Təkliflərin təqdim edilməsi, açılması və qiymətləndirilməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq yalnız Portal vasitəsilə təşkil olunur.
  • Keçirilən satınalma ilə bağlı sual və ya şikayət olduqda satınalan təşkilat ilə elektron satınalmanın iştirakçıları arasında yalnız Portal vasitəsilə əlaqə saxlanılır.
  • Portala daxil olma, təkliflərin təqdim edilməsi və bənzər digər əməliyyatlar yalnız elektron imza və ya Asan imza vasitəsilə mümkündür.