Dövlət İmtahan Mərkəzi

DİM və ACCA-in birgə təşkil etdiyi “EY və ACCA ilə yeni üfüqlərə doğru’’ adlı tədbirə qeydiyyat elan olunub

12 Sentyabr 2022 21:46

Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, ACCA-in Türkiyə qolunun (Türkiyə, Azərbaycan və Gürcüstan) rəhbəri Filiz Demiröz və “Ernst & Young Global Limited Azərbaycan”nın (EY) nümayəndələri iştirak edəcəklər. 

Tədbirdə ACCA-in Türkiyə qolunun (Türkiyə, Azərbaycan və Gürcüstan) rəhbəri Filiz Demiröz ACCA-in mühasibatlıq sahəsində karyeraları dəyişən tendensiyaları, fərdlərin karyeralarını inkişaf etdirə biləcəyi yeni yaranan yollar və zonaları araşdıran “Gələcəyə hazır ol: 2020-ci illərdə mühasib peşəsi” adlı tədqiqatının əsas nəticələrini bölüşəcək. 

Daha sonra “Ernst & Young Global Limited Azərbaycan” (EY) nümayəndələri Azərbaycanda karyera imkanları, audit, mühasibat uçotu və konsaltinq sektorunun trend mövzuları, mühasibat və maliyyə sektorunun karyeraya necə təkan verə biləcəyi və yeni qazanılmış peşəkar və texniki bacarıqların yüksək vəzifələrə apara biləcək yolu haqqında çıxışlar edəcəklər. 

Bundan əlavə, EY Azərbaycan ACCA ilə birgə “Öyrən, bitir və işlə” layihəsinə start verəcək. Layihə çərçivəsində tərəflərin birgə səyi ilə gənclərin məşğulluğunu təşviq etmək və tələbələrə imtahanlar və gələcək işəgötürənlərlə müsahibələrdən uğurla keçmək üçün onların ACCA Sertifikatlaşdırılmasına başlamağına kömək göstərilməsi nəzərdə tutulur.

ACCA və EY proqramı birgə maliyyələşdirəcək və qeydiyyatdan keçmiş tələbələr üçün bəzi imtiyazlar təmin ediləcək, həmçinin qeydiyyat və proqram təşkilatçılığına kömək göstəriləcək. 

Seminarda iştirak bütün iştirakçılar üçün ödənişsizdir.

Qeydiyyat linki: https://globaleysurvey.ey.com/jfe/form/SV_ctGj8CYqOUcu8Z0 

Tarix: 15 sentyabr 2022-ci il, cümə axşamı

Vaxt: 15:00-17:00

Müddət: 120 dəqiqə

Tədbir keçiriləcək ünvan: Dövlət İmtahan Mərkəzi, Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299

 

Qeydiyyatla bağlı bütün rəy və suallar EY Azərbaycana – hrbaku@az.ey.com elektron poçt ünvanına göndərilə bilər.

 

İştirakınızı gözləyirik.