Dövlət İmtahan Mərkəzi

DİM zal nəzarətçisi sertifikatı almaq istəyənlər üçün təlimlər mərhələsinə başlayıb

3 Fevral 2019 23:07
Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə Dövlət İmtahan Mərkəzi 2 fevral  2019-cu il tarixindən etibarən təlimlər mərhələsinə başlayıb. Təlimlərin birinci mərhələsi olaraq “ASAN” Təlim-Tədris Mərkəzində Azərbaycan Antikorrupsiya Akademiyası “AZAKA” ilə birgə təşkil olunan təlimdə ilk 20 nəfərlik qrup iştirak edib.

ASAN Təlim-Tədris Mərkəzində keçirilən təlimlər aşağıdakı mövzuları əhatə edir:

• Səmərəli ünsiyyət və işgüzar etiket texnikaları; 
• Ünsiyyət prosesində stressin idarə olunması texnikaları; 
• Etik davranış qaydaları; 
• Korrupsiyaya qarşı mübarizə texnikaları.

Təlimlər cari və növbəti həftələrdə davam edəcək.