Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzi 24 iyun 2023-cü il tarixində Kembricin Azyaşlı Öyrənənlər, TKT, A2 Key for Schools, B1 Key for Schools imtahanlarını keçirəcək

22 İyun 2023 05:17

Dövlət İmtahan Mərkəzi Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olaraq Kembricin bir sıra imtahanlarını eyni gündə keçirəcək.

Kağız əsaslı Azyaşlı Öyrənənlər və TKT imtahanları Müasir İnnovasiyalar Liseyində - Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi, 27 ünvanında, kompüter-əsaslı A2 Key for Schools və B1 Key for Schools imtahanları isə DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

Qeyd edək ki, imtahan iştirakçıları 24 iyun saat 09:00-dan gec olmayaraq imtahanların keçiriləcəyi müvafiq binaya yaxınlaşmalıdırlar.

Kembric imtahanları barədə ətraflı məlumatla keçid vasitəsilə tanış olmaq mümkündür.