Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib

5 Mart 2023 23:00

Bu nömrədə 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, müsabiqə şərtləri dərc edilib. 

Bu nömrədə həmçinin:

- BƏZİ TEST TAPŞIRIQLARININ İZAHI VƏ TÖVSİYƏLƏR;

- ABİTURİYENTLƏR ÜÇÜN ELMİ-METODİKİ MƏQALƏLƏR;

    1. TARİX FƏNNİNDƏN “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)”;

    2. COĞRAFİYA FƏNNİNDƏN “Azərbaycanın iqtisadi rayonları”.

- 2022-ci ilin TƏLƏBƏ QƏBULU MÜSABİQƏSİNDƏ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN İXTISASLARI ÜZRƏ FORMALAŞMIŞ KEÇİD BALLARI və digər zəruri materiallar təqdim olunub. 

Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.

Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.