Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2 ci nömrəsini çap edib

23 Aprel 2025 10:54

Jurnalın bu nömrəsində 2024-cü ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, qəbul imtahanlarında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr Azərbaycan və rus dillərində dərc edilib. 

Kitabı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytından və “Wolt” mobil tətbiqindən sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M