Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2-ci nömrəsini çap etmişdir

16 Mart 2019 22:04

Jurnalda, həmçinin 2018-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, imtahan fənləri üzrə bəzi test tapşırıqlarının izahı və tövsiyələr, abituriyentlər üçün elmi-metodiki məqalə, 28 oktyabr 2018-ci il tarixində keçirilmiş sınaq imtahanında istifadə olunmuş yazılı şəkildə cavablandırılması tələb olunan (Situasiya, mətn və mənbə əsasında hazırlanan) tapşırıqların qiymətləndirmə meyarları, izahı, elmi-metodiki təhlili və statistik göstəri­ciləri də dərc olunmuşdur.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

  • Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

  • Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

QEYD: Rus dilində olan “Abituriyent” jurnalının 2‑ci nömrəsini 18 mart tarixindən satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.