Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzi “Doktorantura” adlı metodik vəsait dərc edib

16 İyun 2026 12:14

Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə doktorantura səviyyəsində keçirilən imtahanlara, o cümlədən əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına hazırlaşanlar üçün “Doktorantura” adlı metodik vəsait dərc edib.

Vəsaiti DİM-in inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytında və "Wolt" tətbiqində sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M

Vəsait barədə ətraflı məlumatı www.abiturient.az saytında əldə edə bilərsiniz.