Dövlət İmtahan Mərkəzi
Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 4-cü nömrəsini nəşr edib
5 Oktyabr 2021 23:33
Jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul olanların siyahısı, müsabiqə nəticələrinə görə alınmış keçid balları və digər zəruri məlumatlar təqdim olunub.
Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
