Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzi tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçirilib

18 Dekabr 2019 03:06

Təlimdə “Xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda təqdimat edilib və iştirakçılara xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədləri, qiymətləndirmə meyarları və qaydaları, qiymətləndirmə üzrə tapşırıqların müəyyən edilməsi, qiymətləndirmə nəticəsinə əsasən tətbiq edilən tədbirlər, qiymətləndirmə zamanı yarana biləcək problemlər və həmin problemlərin həlli yolları, qiymətləndirmədə edilən səhvlər və s. məsələlərlə əlaqədar ətraflı məlumat verilmişdir. Təlimdə Agentlikdə çalışan 20 dövlət qulluqçusu iştirak etmişdir. Təlim Mərkəzin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov tərəfindən aparılmışdır.

Təlimin sonunda iştirakçıların müzakirə edilən məsələlər barədə sualları cavablandırılmışdır.