Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzi TKT (Teaching Knowledge Test) imtahanlarına qeydiyyat elan edir

3 Oktyabr 2022 04:04

“Cambridge University Press & Assessment” beynəlxalq qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan DİM ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:

• TKT Modul 1
• TKT Modul 2
• TKT Modul 3
• TKT Module YL (azyaşlı öyrənənlər)
• TKT Module CLIL (dilin məzmunla inteqrativ tədrisi) 

İmtahan 17 dekabr  2022-ci il tarixində keçiriləcək. Son qeydiyyat tarixi 3 noyabr 2022-ci ildir.

Xatırladaq ki, DİM “Cambridge University Press & Assessment” rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Cambridge İngilis dili üzrə Qiymətləndirmə), Cambridge English Teaching (Cambridge İngilis dili üzrə Tədris) və LinguaSkill imtahanlarını təklif edir.

2022-ci ilin sonunadək DİM-də keçiriləcək Kembric imtahanlarının tarixlərini keçiddən istifadə edərək əldə edə bilərsiniz.

Əlavə məlumat üçün international@dim.gov.az  elektron poçtu ünvanına suallarınızı ünvanlaya bilərsiniz.