Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzi ТРКИ (Тест по русскому языку как иностранному) imtahanına qeydiyyat elan edir

19 İyul 2023 05:19

İmtahana son qeydiyyat tarixi 25 iyul 2023-cü ildir.

Dövlət İmtahan Mərkəzi (DİM) SPDU ilə əməkdaşlıq çərçivəsində ТРКИ imtahanının aşağıdakı 6 (altı) səviyyə üzrə imtahan təşkil edir.

  • İbtidai səviyyə (ТЭУ / A1)

  • Əsas səviyyə (ТБУ / A2)

  • Birinci səviyyə (ТРКИ-I / B1)

  • İkinci sertifikat səviyyəsi (ТРКИ-II / B2)

  • Üçüncü sertifikat səviyyəsi (ТРКИ-III / C1)

  • Dördüncü sertifikat səviyyəsi (ТРКИ-IV / C2)

Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ТРКИ - beynəlxalq rus dili imtahanının yeganə rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.

İmtahan haqqında daha ətraflı məlumatla burdan tanış olmaq mümkündür.

Qeydiyyat: https://eservices.dim.gov.az/iexams/az/login.aspx