Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzi yeni təhsil proqramı üzrə imtahana hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün “Coğrafiya” adlı vəsait nəşr edib

16 Mart 2021 01:54

Vəsait fənn üzrə məzmun standartlarına uyğun olaraq, “Coğrafiya elminin inkişaf tarixi”, “Kainat və Günəş sistemi”, “Kartoqrafik təsvirlər”, “Litosfer”, “Atmosfer”, “Hidrosfer”, “Biosfer və coğrafi təbəqə”, “İqtisadi və sosial coğrafiya”, “Təbii ehtiyat­lar”, “Dünya əhalisinin coğrafiyası”, “Dünya təsər­rü­fatı”, “Bəşəriyyətin qlobal problemləri” fəsillərindən ibarətdir. Burada dərslik komplektindəki tədris vahidləri üzrə hər bir mövzunun şərhi verilib. Bundan əlavə, hər bir mövzu müxtəlif formalı və tipli tapşırıqlarla (izahlı) tamamlanır. Vəsait qəbul imtahanlarına hazırlaşanlar, orta məktəb şagirdləri və müəllimlər üçün nəzərdə tutulub. 

Kitabı Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən “Abituriyent” satış köşkündən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar: