Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində 10 mart 2023-cü il tarixində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib

10 Mart 2023 04:44

Gündəlik məsələlər coğrafiya fənni üzrə 19 fevral 2023-сü il tarixində, riyaziyyat fənni üzrə isə 12 fevral 2023-сü il tarixində keçirilmiş sınaq imtahanlarında istifadə edilmiş tapşırıqların müzakirəsi olub.

Tapşırıqlar çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından müzakirə edilib.

Müzakirələr nəticəsində tapşırıqların qəbul proqramına, müvafiq fənn kurikulumlarının təlim nəticələrinə uyğunluğu öz təsdiqini tapıb.Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

Növbəti həftə müzakirələr davam etdiriləcək.