Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində 11 aprel 2023-cü il tarixində kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

11 Aprel 2023 04:27

Gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 10-cu sinif üçün “Kimya” dərsliyi əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçasının təkmilləşdirilməsi olub.

Dərslikdə verilən 7 bölmənin hər biri mövzu baxımından təhlil edilib. Dərslikdəki dəyişikliklər kitabçada nəzərə alınıb. İştirakçılar müzakirə edilən məsələ ilə bağlı fikirlər bildirib və təkliflər veriblər.

18 aprel 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.