Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində 14 mart 2023-cü il tarixində kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

14 Mart 2023 04:34

Gündəlik məsələ respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 7-ci sinif üçün “Kimya” dərsliyi əsasında hazırlanmış qiymətləndirmə kitabçasının təkmilləşdirilməsi olub.

Dərslikdə verilən 4 bölmədən hər biri mövzu baxımından təhlil edilib. Dərslikdəki dəyişikliklər kitabçada nəzərə alınıb.İştirakçılar müzakirə edilən məsələ ilə bağlı fikirlər bildirib və təkliflər veriblər.

28 mart 2023-cü il tarixində müzakirələr davam etdiriləcək.