Dövlət İmtahan Mərkəzi
Dövlət İmtahan Mərkəzində 16 yanvar 2023-cü il tarixində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclası keçirilib
16 Yanvar 2023 21:11
Gündəlik məsələlər ümumi (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında test bankının təkmilləşdirilməsi və sual kitabçalarının formalaşdırılması üçün nəzərdə tutulan xidməti kitabçaların müzakirəsi olub.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.
İşçi qruplarının növbəti iclası 23 yanvar 2023-cü il tarixində keçiriləcək.
