Dövlət İmtahan Mərkəzi
Dövlət İmtahan Mərkəzində 17 fevral 2023-cü il tarixində coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclasları keçirilib
17 Fevral 2023 04:31
Gündəlik məsələ Dövlət İmtahan Mərkəzi tərəfindən 12 fevral 2023-сü il tarixində keçirilmiş sınaq imtahanında həm coğrafiya, həm də riyaziyyat fənlərindən istifadə edilmiş tapşırıqların müzakirəsi olub.
Tapşırıqlar çətinlik dərəcəsi, qabiliyyət göstəricisi və mövzulara uyğunluq baxımından müzakirə edilib.
Müzakirələr nəticəsində tapşırıqların qəbul proqramına, müvafiq fənn kurikulumlarının təlim nəticələrinə uyğunluğu öz təsdiqini tapıb.Tapşırıqlarda elmi-metodik səhvlər yoxdur.
İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə ilə bağlı fikir bildirilib və təkliflər verilib.
Növbəti həftə müzakirələr davam etdiriləcək.
