Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində 2-8 fevral tarixlərində Pearson VUE tərəfindən təqdim olunan bir sıra beynəlxalq imtahanlar keçirilib

10 Mart 2020 04:23

3 fevral tarixində DİM-də Daxili Auditorlar İnstitutuna (Institute of Internal Auditors) məxsus Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan CIA (Certified Internal Auditor) sertifikat imtahanının 1-ci hissəsi və Microsoft şirkətinin “Managing Modern Desktops” adlı sertifikat imtahanı keçirilib. Hər bir sertifikat imtahanında bir nəfər olmaqla, ümumilikdə iki nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçıların bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. 

Bununla yanaşı, həftə ərzində 5 nəfər xarici vətəndaş “Pearson Test of English Academic” (PTE-Academic/PTE-A) imtahanını veriblər. Qeyd edək ki, IELTS və TOEFL imtahanlarının ekvivalenti olan PTE-A imtahanının nəticələri 60 ölkənin müxtəlif ali təhsil müəssisələrində tanınır və nəticələr 1-2 iş günü ərzində onlayn şəkildə elan edilir.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi 2017-ci ildən etibarən “Pearson VUE” təşkilatının rəsmi kompüter əsaslı test mərkəzidir.

İmtahanın adı

Gün*

Saat

“Pearson Test of English Academic”

Hər həftənin çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri

Səhər növbəsi: saat 10:00–13:00 Günorta növbəsi: 15:00-18:00

IT,Maliyyə, Mühasibat, Menecment, Tibb və s. sahələr üzrə 100-ə yaxın professional imtahanlar

Hər həftənin bazar ertəsi günləri

Günorta növbəsi: 12:00–18:00

* qeyri-iş günlərini çıxmaq şərtilə.

İmtahana qeydiyyatdan keçmək üçün ətraflı məlumatı buradan əldə edə bilərsiniz.