Dövlət İmtahan Mərkəzi

Dövlət İmtahan Mərkəzində 20 fevral 2023-cü il tarixində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib

20 Fevral 2023 20:49

İngilis dili fənni üzrə işçi qrupunun iclasında gündəlik məsələ 3-cü sinif üçün hazırlanmış qiymətləndirmə kitabçasının təkmilləşdirilməsi olub. Kitabçanın qüvvədə olan dərsliklə (Happy Campers) müqayisəli təhlili aparılıb. Dərslikdə verilən 8 bölmədən hər biri mövzu baxımından təhlil edilib. Mövzulardakı əlavə və dəyişikliklər kitabçada nəzərə alınıb.

Azərbaycan dili fənni üzrə işçi qrupunun iclasında isə gündəlik məsələ qəbul imtahanında test bankının təkmilləşdirilməsi və sual kitabçalarının formalaşdırılması üçün nəzərdə tutulan tövsiyənin hazırlanması olub.

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib.

Növbəti həftə müzakirələr davam etdiriləcək.